BURADA REKLAMINIZ OLA
BİLƏR

Ağstafada evə basqın

Ağstafada evi qarət edən şəxs və ya şəxslər qətl törədiblər.

 

Pravda.az-ın məlumatına görə, hadisə rayonun Müseyib Ələkbərov küçəsində - Çaxır Zavodunun yaxınlığında qeydə alınıb.

 

Gecə saatlarında sözügedən küçədə yaşlı qadın Tatyana Məmmədovanın evinə basqın olub. Evə girən şəxs və şəxslər ev sahibini döyüblər, daha sonra boğaraq öldürüblər.

 

Qadının 43 yaşlı qızı Yelizaveta Məmmədovanı da döyərək, çoxsaylı xəsarət yetiriblər. Basqın zamanı Tatyana Məmmədovanın bir aylıq nəvəsi də evdə olub, naməlum şəxslər ona xətər yetirməyiblər.

 

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub. Hadisəni törədən şəxs və ya şəxslərin tapılaraq istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanıb.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.APA

Tarix: 27 Sentyabr 2020, 08:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin