BURADA REKLAMINIZ OLA
BİLƏR

Aktrisa orqanlarını bağışladı

Türkiyəli aktrisa Yeşim Ceren Bozoğlu bütün orqanlarını bağışlayıb.


Pravda.az xəbər verir ki, sənətçi xəstəxanaların birində orqan bağışlanması sayəsində yenidən yaşamaq şansı qazanan insanlarla görüşdükdən sonra bu qərarı verib. Yeşim bu addımın onun üçün önəmli və həyəcanverici olduğunu deyib: "Şans ver" layihəsi çərçivəsində mən də orqanlarımı bağışlayıram. Bu səbəbdən həyəcanlıyam. Ölkəmizdə çoxlu sayda orqan nəqli gözləyən xəstə var. Hamı orqanını bağışlaya bilər, ancaq vəsiyyətnamən yoxdursa, ölümündən sonra orqan bağışlamaq haqda kart heç nə ifadə etmir. Bu səbəbdən orqan bağışladıqdan sonra vəsiyyətnaməniz də ailəniz tərəfindən təsdiqlənməlidir".

Tarix: 20 Dekabr 2019, 22:13   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin