BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçkiqabağı təşviqatın aparılması dayandırılır

Sabah dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqatın aparılması dayandırılacaq.

 

Pravda.az-ın xəbərinə görə, Seçki Məcəlləsinin 72.3, 74.1.5, 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr tərəfindən seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

 

Dekabrın 23-nə təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar bu müddət noyabrın 30-dan başlanıb, dekabrın 22-i saat 08:00-da başa çatır.

Tarix: 21 Dekabr 2019, 09:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin