BURADA REKLAMINIZ OLA
BİLƏR

Naxçıvanda ticarət mərkəzindən 315 min manat oğurluq

Naxçıvan Muxtar Respublikasından Daxili İşlər Nazirliyinə sentyabrın 22-də şəhər ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 315 min manat pulun oğurlanması barədə müraciət daxil olub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini M.Seyidzadə və Danyeri kənd sakini Y.Əliyev müəyyən edilərək saxlanılıblar.

 

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

Tarix: 28 Sentyabr 2020, 12:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin