BURADA REKLAMINIZ OLA
BİLƏR

Bakıda 3 uşaq dəm qazından zəhərləndi

Bakının Sabunçu rayonunda 3 azyaşlı dəm qazından zəhərlənib.

 

Pravda.az-ın xəbərinə görə, hadisə Ramana qəsəbəsi, Bünyadzadə 26 ünvanında baş verib.

 

Həmin ünvanda yerləşən fərdi yaşayış evinin yataq otağında qaz sobasından sızan dəm qazı nəticəsində yatan 3 uşaq zəhərlənib. Onlar valideynləri tərəfindən təcili 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

 

Qazdan zəhərlənən 2011-ci il təvəllüdlü İsmayılzadə Məhəmməd Samir oğlu, 2015-ci il təvəllüdlü İsmayılzadə Hüseyn Samir oğlu və 2019-cu il təvəllüdlü İsmayılzadə Zəhra Samir qızı xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətləri hazırda orta ağırdır.

Tarix: 21 Dekabr 2019, 09:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin