BURADA REKLAMINIZ OLA
BİLƏR

“İcaze.e-gov.az”dan qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının siyahısı açıqlandı

“Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində elektron imzadan istifadə edilməklə əməkdaşlarının “icaze.e-gov.az” portalından qeydiyyatdan keçməklə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilib.

 

Pravda.az-ın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarında bildirilib.

 

Hərəkətinə icazə verilən qurumlar aşağıdakılardır:

 

1. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

 

2. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

 

3. İqtisadiyyat Nazirliyi

 

4. Maliyyə Nazirliyi

 

5. Müdafiə Sənayesi Nazirliyi

 

6. Energetika Nazirliyi

 

7. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

 

8. Diasporla İş üzrə Dövlət Komitəsi

 

9. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi

 

10. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

 

11. Azərbaycan Dövlət İnformasiya Agentliyi (AzərTAc)

 

12. Azərbaycan Respublikasının Mərkəzi Bankı, dövlətə məxsus banklar

 

13. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR)

 

14. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

 

15. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

 

16. “Azəriqaz” İstehsalat Birliyi

 

17. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

 

18. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

 

19. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

 

20. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

 

21. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

 

22. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

 

23. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

 

24. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi

 

25. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi

Tarix: 28 Sentyabr 2020, 17:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin