BURADA REKLAMINIZ OLA
BİLƏR

Komendant saatı müddətində KİV-in və təhsil müəssisələrinin fəaliyyətinə icazə verilir

Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində kütləvi informasiya vasitələrinin fəaliyyətinə icazə veriləcək.

 

Pravda.az-ın məlumatına görə, bu, “Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə” qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində  fəaliyyətinə icazə verilən sahələrin Siyahısı"nda əksini tapıb.

 

Təhsil müəssisələrinin də fəaliyyətinə icazə verilir.

Tarix: 28 Sentyabr 2020, 17:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin