BURADA REKLAMINIZ OLA
BİLƏR

Komendant saatı müddətində xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının siyahısı açıqlandı

“Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar tətbiq edilən komendant saatı müddətində əməkdaşlarının xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) Siyahısı” təsdiq edilib.

 

Pravda.az-ın məlumatına görə, Nazirlər Kabinetinin Azərbaycan Respublikasının ərazisində elan edilmiş hərbi vəziyyətlə əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə qərarına əsasən, xidməti vəsiqə ilə hərəkətinə icazə verilən dövlət orqanlarının (qurumlarının) siyahısı aşağıdakılardır:

 

1. Prezidentin Administrasiyası

 

2. Prezidentin İşlər İdarəsi

 

3. Azərbaycan Respublikasının Xüsusi Tibb Xidməti

 

4. Nazirlər Kabinetinin Aparatı

 

5. Nazirlər Kabinetinin İşlərb İdarəsi

 

6. Müdafiə Nazirliyi

 

7. Daxili İşlər Nazirliyi

 

8. Baş Prokurorluq

 

9. Ədliyyə Nazirliyi

 

10. Məhkəmə orqanlarının əməkdaşları, vəkillər

 

11. Fövqəladə Hallar Nazirliyi

 

12. Səhiyyə Nazirliyi

 

13. Xarici İşlər Nazirliyi (Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatic nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşları və onların yerli heyəti - Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən verilmiş akkreditasiya kartları əsasında)

 

14. Dövlət Gömrük Komitəsi

 

15. Prezidentin Təhlükəsizlik Xidməti

 

 16. Dövlət Təhlükəsizliyi Xidməti

 

 17. Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

 

18. Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti

 

 19. Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi

 

 20. Dövlət Sərhəd Xidməti

 

 21. Dövlət Miqrasiya Xidməti

 

 22. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti

 

 23. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və özəl səhiyyə müəssisələri

 

 24. Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik.

Tarix: 28 Sentyabr 2020, 17:49   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin