BURADA REKLAMINIZ OLA
BİLƏR

“Müharibədə əsgər əsgərlə vuruşar, amma...” – Anar

“Dünyanın gözü qarşısında növbəti vəhşi əməllərə imza atan düşmənə qarşı Azərbaycan ordusunun həyata keçirdiyi cəza tədbirləri böyük nailiyyətlərlə yaddaşlara köçür”.

 

Bunu Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar Rzayev deyib.

 

Yazıçı Azərbaycan Silahlı Qüvvələrinin işğalçı orduya qarşı apardığı cəza tədbirlərinin cəmiyyətdə ruh yüksəkliyi yaratdığını bildirib: “Uzun illərdir torpaqlarımız işğal altındadır. Bu gün isə düşmən törətdiyi cinayətlərin cəzasını alır. Sevindirici haldır ki, bizim ordumuz belə zəfər qazanır, qələbə çalır. Arzu edirik ki, ordumuz işğal altında olan bütün torpaqlarımızı düşməndən azad edəcək”.

 

Anar Ermənistan hərbi qüvvələrinin dinc əhalini hədəf alması məsələsinə də toxunub.

 

O, ermənilərin növbəti dəfə dünyanın gözü qarşısında öz vəhşi əməllərini nümayiş etdirdiklərini söyləyib: “Mülki əhalinin hədəf alınması vəhşilikdir. Bu, ermənilərin növbəti vəhşiliyidir. Hayıflarını dinc, silahsız insanlardan çıxmağa çalışırlar. Müharibədə əsgər əsgərlə vuruşar, amma onlar dinc əhalini hədəf alıblar. Buna başqa ad vermək olmaz – vəhşilikdir”.Teleqraf

Tarix: 28 Sentyabr 2020, 18:21   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin