BURADA REKLAMINIZ OLA
BİLƏR

“Gözümü açandan Zeynəb Xanlarovanı parlamentdə görmüşəm, həmişə də deyir ki, siyasətlə məşğul olmur”

“Gözümü açandan 83 yaşlı Zeynəb Xanlarovanı parlamentdə görmüşəm. Həm də mənim doğulduğum Tərtər rayonundan deputat idi. Sovet dönəmində də Tərtər rayonundan seçilmişdi. Bunu bir nümunə kimi deyirəm, bu adamın bir dəfə nitqində nə isə siyasi xarakterli fikir işlətdiyinin şahidi olmamışam. Həmişə də deyir ki, mən siyasətlə məşğul olmuram. Bu adam oturduğu yerin mahiyyətini belə dərk etməmişdi. İndi isə səsi uzaq Amerikadan gəlir. Yəni, bu tipli adamlar, parlamentin prinsiplərinə yad olan şəxslər yeni tərkibdə olmamalıdırlar”.

 

Pravda.az-ın xəbərinə görə, bunu sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib.

 

Q.Hüseynli qeyd edib ki, islahat gedirsə, yenilik olursa, belə adamlar yeni tərkibdə olmamalıdır: “Köhnə tərkibdə xeyli problemlər var idi. Parlamentin palitrasına baxanda adamı dəhşət bürüyürdü. Biznesmenlər, hansısa vəzifə sahibləri, tikinti maqnatları və digər bu tipli adamlar parlamentə toplanmışdılar və bu da qanunverici hakimiyyətin nüfuzuna xələl gətirirdi. Sanki parlamentdəki bir sıra maraqlı personajlar qaleriyası idi. Düşünürəm ki, indi keçiriləcək seçkilərdən sonra formalaşacaq parlament, əvvəlkindən ciddi surətdə fərqlənəcək. Ola bilsin ki, bu parlamentin də bir sıra nöqsanları olsun , amma bu parlament dəyişən dünyaya uyğunlaşan və zamanla ayaqlaşan bir parlament olacaq”.

Tarix: 21 Dekabr 2019, 10:37   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin