BURADA REKLAMINIZ OLA
BİLƏR

Hacı Zeynalabdin Tağıyevin nəticəsindən mövqe - FOTO

Dünəndən bəri Ermənistan silahlı qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq Azərbaycan ordusunun cəbhə zonasında yerləşən mövqelərini, Qarabağ təmas xəttini atəşə tutublar. Mən müharibəyə qarşıyam. Amma çoxtərəfli diplomatiya son 30 ildə yanlış formada dondurulan müharibəyə başqa bir alternativ təklif edə bilməyib.

 

Pravda.az xəbər verir ki, bu sözləri görkəmli xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin Fransada yaşayan nəticəsi Alban Klod deyib: “Vəziyyətin ciddiliyini və Azərbaycanla məni birləşdirən təməl bağları nəzərə alaraq, hazırladığım bu xəritəni fransız dostlarımla bölüşmək istəyirəm. Bu mətn Qarabağ münaqişəsində, xüsusilə də şərhçilər tərəfindən görməzliyə vurulan Azərbaycan mövqeyi və Fransanın bu münaqişədə oynadığı rolu başa düşməyə imkan verəcək. Müzakirələrə açığam, [email protected] ünvanından yazaraq fikirlərinizi bildirə bilərsiniz”.

Fotoları təqdim edirik
Tarix: 28 Sentyabr 2020, 18:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin