BURADA REKLAMINIZ OLA
BİLƏR

Yazıçıdan Qarabağ açıqlaması: "Maşını yolun kənarında saxlayıb yerin məlum qəşəng ağladım"

“Son otuz ildə Azərbaycan xalqı və dövləti qədər ermənilərin nazıyla oyanayan, diqqət göstərən, qayğısın çəkən ikinci bir xalq və dövlət olmayıb. Nə qədər səbr etmək, ermənilərin yallı getməyinə öz gözündə alçalmaq, kütləvi qeyrətsizləşmə, şərəfsizləşmə prosesi gedər?”


Bunu yazıçı Seyran Səxavət deyib. Yazıçı torpaqlarımızın işğaldan azad edilmə xəbərinə görə sevincindən ağladığını bildirib: “Bu saat keyfim çox yaxşıdır, çünki əsgərlərimiz əjdahalıq edir. Dünən sükan arxasında olanda Emin Eminbəyli mənə zəng vuraraq şad xəbərlər verməyə başladı. Gördüm ki, maşını sürə bilmirəm və yolun kənarında saxlayıb yerin məlum qəşəng ağladım. On beş dəqiqədən sonra özümə gələndən sonra bir də gördüm ki, sükan arxasındayam və yol polisi əməkdaşı deyir ki, “iki yüz üç, ver sağa saxla!”, özümdən asılı olmayaraq elə bil Qarabağa gedirdim, sürət saatda 190 kilometr idi. Yol polisi əməkdaşına məsələni deyəndə dedi ki, “dayı, bir az ehtiyatlı ol”. Yəni müharibə xəbərini mən belə qarşıladım”.


Yazıçının sözlərinə görə Qarabağla bərabər, insanların özünə inamı da qayıdacaq:


“Son otuz ildə Azərbaycan xalqı və dövləti qədər ermənilərin nazıyla oynayan, diqqət göstərən, qayğısın çəkən ikinci bir xalq və dövlət olmayıb. Nə qədər səbr etmək, ermənilərin yallı getməyinə öz gözündə alçalmaq, kütləvi qeyrətsizləşmə, şərəfsizləşmə prosesi gedər? Bütün bunlardan artıq yavaş-yavaş azad oluruq və biz Qarabağ torpağını qaytaracağıq. Bununla Qarabağ torpaqlarından da vacib bir şey qayıdacaq və o da xalqın özünə inamıdır. Bunu da xalqa əsgərlərimiz qaytardı. Bayaq mənə rayondan zəng gəldi və dostumun bir qızı var, onu keçən il görmüşəm. Uşaq onda o qədər xoşuma gəlmişdi ki, dedim ay Əmrah, bu uşaqdan muğayat olun, onun böyük gələcəyi var, nəsə qeyri-adi uşaqdı. Bu gün Əmrah mənə zəng vurub deyir ki, “əmioğlu, təbrik edirəm, gözün aydın, əsgərlərimiz qərhəmanlıq göstərir”. Sonra isə dedi ki, “Dünən uşağın nənəsi nəsə xəstə idi, yemək yemirdi. Uşaq nənəsinə dedi ki, nənə, sən əsgərlərimizin canı, çörək ye”. Yəni Azərbaycan xalqının hər şeyi, kökü, genetik kodu budur və bax bunu qorumaq lazımdır. Bu Qarabağı almaqla bizə qayıdacaq”.


Yazıçı müharibəni qətiyyən dayandırmamağı və işğaldakı torpaqlarımızın hər qarışını azad etməyimizin vacib olduğunu bildirib:


“Bir şeyi də demək lazımdır ki, dayanmaq olmaz. Mənim üçün əsas üç rayonun - Laçın, Şuşa və Kəlbəcərin alınması vacibdir. İnşallah ora gedəcəyik. İndi mən artıq burda qala bilmirəm. Son otuz ildə belə başa düşdüm ki, bu ermənilər nə ingilis, nə fransız, nə də rusca bilirlər. Bunlar heç ermənicə də bilmirlər. Bunların bildiyi yeganə dil zor, silah dilidir və biz artıq nəhayət ermənilərin dilini tapmışıq və onların qandığı dildə də danışırıq. Bu bu dil Azərbaycan əsgərinin mükəmməl bildiyi dildir. Bütün hərbçilərimizə uğurlar arzulayıram, hamısına can qurban, Allah onları qorusun”.Moderator

Tarix: 28 Sentyabr 2020, 23:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin