BURADA REKLAMINIZ OLA
BİLƏR

Bazar günü cənub küləyi əsəcək - PROQNOZ

Dekabrın 22-də müşahidə olunacaq hava proqnozunu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Pravda.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Bəzi yerlərdə duman, çiskinli olacağı ehtimalı var. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu  gecə 4-7° isti, gündüz  9-11° isti, Bakıda gecə 4-6°, gündüz  9-11° isti olacaq. Atmosfer  təzyiqi norma daxilində  764 mm  civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət 70-80 % olacaq.   

 

Azərbaycanın rayonlarında əsasən yağmursuz, bəzi yerlərdə duman, şərq rayonlarında çiskinli olacaq, qərb küləyi əsəcək.

 

Havanın temperaturu gecə 3-8° isti, gündüz  9-14°  isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacaq.

 

 

Tarix: 21 Dekabr 2019, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin