BURADA REKLAMINIZ OLA
BİLƏR

Vaqif Əsədovun oğlu döyüşə getdi

Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov oğlunu cəbhəyə yola salıb.

 

Pravda.az-ın xəbərinə görə, polis rəisinin oğlu Pərvin Əsədov könüllü olaraq döyüşə yollanıb.

 

Məsələ ilə əlaqədar Vaqif Əsədovla əlaqə saxladıq. O bildirdi ki, oğlunu bu gün yola salıb.

 

“İnşallah ki, itirdiyimiz torpaqları qaytararıq. Oğlum da qələbə xəbəri ilə qayıdar. İnanıram və arzulayıram ki, oğlum qələbə bayrağını sancacaq”, - deyə Vaqif Əsədov bildirib.Baku.ws

Tarix: 29 Sentyabr 2020, 15:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin