BURADA REKLAMINIZ OLA
BİLƏR

Kamil Zeynallı danışdı: “Füzuliyə gedirəm”

Xəbər verdiyimiz kimi, tanınmış fitness məşqçisi Kamil Zeynallı əsgərlərə dəstək olmaq üçün Füzuli rayonuna yollanıb.

 

İdmançı əsgərlərdə döyüş əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib: “Hazırda Bakıdayam, gecə gəlmişəm çünki hərbi formam cırılmışdı, gəldim evə yenilədim. Bir azdan təzədən qayıdıram. Həm də bir yaralı əsgərimiz vardı ona görə gəlmişdik. Orada əsgərlərin döyüş ruhu çox yüksək səviyyədədir, bu dəqiqə hamı qabağa atılmaq istəyir. Bütün əsgərlər qabağa getmək istəyir ki, gedib vuruşsun. Hamı irəli getmək istəyir, amma zabitlərin, komandirlərin qurduğu xüsusi taktika var və onlara uyğun hərəkət edirlər. Sakinlər də hamısı əsgərlərə yardım etməyə çalışırlar. Hamının əhvalı yüksəkdir”.

 

K.Zeynallı ermənilərin onun öldürülməsi ilə bağlı Telegram kanallarında mesajlar verməsinə də münasibət bildirib. O yenidən Füzuliyə qayıdacağını qeyd edib: “Özüm  görməmişəm, amma yaxınlarım bu barədə mənə məlumat veriblər. Qələt edirlər, onlar kimdir ki?! Mən yenidən Füzuliyə qayıdıram. Geyimlərimi də götürdüm, 15 dəqiqəyə yola düşürəm”.

 

Qeyd edək ki, bir müddət öncə xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı ermənilərin hücumu başlanan zaman K.Zeynallının çağırışından sonra ermənilərə lazımi cavab verildi. Bundan sonra qarşı tərəf idmançıya təhdid mesajları yollamaqda davam edir.Yenisabah

Tarix: 29 Sentyabr 2020, 17:05   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin