BURADA REKLAMINIZ OLA
BİLƏR

Rusiyaya uçan təyyarə Bakıya təcili eniş etdi

Hindistanın Qoa ştatından Moskvaya uçan "Azur Air" hava yollarına məxsus sərnişin təyyarəsi Bakıya təcili eniş edib.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib.

 

"Qoadan Moskvaya uçan təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş istəyib. Eniş yerli vaxtla saat 11: 05-də uğurla başa çatıb. Səbəb texniki məsələdir. Əldə etdiyimiz məlumata görə, sərnişinlər üçün başqa bir təyyarə göndəriləcək", - deyə Hava Limanının mətbuat xidməti bildirib.

 

Hazırda sərnişinlərin hava limanının binasında olduğu qeyd olunub.APA

Tarix: 21 Dekabr 2019, 14:28   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin