BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan seriyalı avtomobillərə qadağa narazılıq yaratdı – Sahibkarlar Gömrük Komitəsinə etiraz edir

Astoriya-Bakı Hotelinin konfrans zalında Dövlət Gömrük Komitəsi xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin, xüsusilə də Gürcüstan dövlət nişanlı avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qoyduğu qanunsuz qadağa ilə bağlı “Soydaş” İctimai Birliyinin təşəbbüsü ilə geniş müzakirə keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, tədbirdə çıxış edənlər Dövlət Gömrük Komitəsinin bu qanunsuz qadağanı xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi kimi təqdim etməsini cəmiyyəti çaşdırmaq niyyəti güddüyünü qeyd ediblər.

 

Dövlət Gömrük Komitəsinin müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötməsini və texniki göstəricilərə görə qənaətbəxş olmamasını qabartmasını cəmiyyətin çaşdırılmasına cəhdin sübutu kimi vurğulayıblar.

 

Tədbir iştirakçıları Dövlət Gömürk Komitəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarının tələblərini pozmasını pisləyərək həmin qərarda söhbətin "Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları” adlı Nazirlər Kabinetinin qərarından getdiyini bildiriblər. Yəni adından da göründüyü kimi həmin qərarda söhbət fiziki şəxslərin kommersiya və ya istehsal məqsədilə gətirilməyən malların gömrük sərhəddindən sərbəst keçirilməsindən gedir. Həmin 305 nömrəli qərarın 1.3.9. maddəsi "avtonəqliyyat vasitəsi - dövlət qeydiyyatına alınmış və ya alınmalı olan, xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (bundan sonra - XİFMN) 8701-8704, 8711 və ya 8716 mal mövqelərinə aid nəqliyyat vasitələrdən” redktəsi ilə verilib. Bu qərar mahiyyətcə Azərbaycan vətəndaşlarına aiddir. Xarici ölkə vətəndaşlarının özlərinə məxsus avtonəqliyyat vasitələrini Azərbaycan ərazisinə gətirməsinə aiddiyatı yoxdur. Buna görə də Dövlət Gömrük Komitəsinin xarici dövlətlərdə qeydiyyatı olan avtomobillərin müvəqqəti olaraq ölkəyə gətirilməsinə qadağa qoymasını qanun pozuntusu kimi qiymətləndirmək olar.

 

Tədbir iştirakçıları bu mövzu ilə bağlı “Yeni Sözçü” qəzetinin cəmiyyəti ilk gündən obyektiv məlumatla təmin etdiyini, Gürcüstanda yaşayan soydaşlarımızın hüquqlarının qorunması istiqamətində prinsipial mövqeyini alqışlayıblar.

 

Tədbirin sonunda Dövlət Gömrük Komitəsinin bu qanunsuz addımının qarşısı alınması üçün Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Fotoları təqdim edirik
Tarix: 21 Dekabr 2019, 14:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin