BURADA REKLAMINIZ OLA
BİLƏR

Aybəniz Haşımova: “Hər şəhid xəbəri paylaşılanda dünyam qaralır”

Əməkdar artist Aybəniz Haşımovanın bacısı övladları da cəbhəyə yola düşüb.

 

Pravda.az-ın xəbərinə görə, bu barədə müğənni sosial şəbəkə hesabında məlumat verib: “Bacılarımın digər balaları da döyüşə getdilər. Getdim görüşməyə, canım necə donmuşdusa, onları yola saldıqdan sonra başa düşdüm ki, ayaqlarım tutulub, bədənim quruyub. Sanki o illərə, Xalid döyüşə getdiyi anlara qayıtdım. Hər zəng edənə ağlayırdım ki, getdi”.

 

Xanım sənətçi Qarabağda şəhid olmuş həyat yoldaşı Xalid Quliyevlə bağlı xatirələrini də bölüşüb: “Çox pisəm, bacardığım qədər özümü toplayıram, amma gücüm yetmir. Deyəsən, əvvəlki dözümüm qalmayıb. Hər şəhid xəbəri paylaşılanda dünyam qaralır. Gözümün önünə 10 iyul 1992-ci il axşam saat 21:00 və heç bir sözlə ifadə edə bilməyəcəyim acıdan acı kimi canımı yandıran o gün gəlir. Onda yenə ölürəm. Bir insan nə qədər ölər? Bir gözüm sevinir, bir gözüm ağlayır...”

Tarix: 1 Oktyabr 2020, 11:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin