BURADA REKLAMINIZ OLA
BİLƏR

Prezident 80 yaşlı icra başçısını işdən çıxardı

Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

 

Pravda.az xəbər verir ki, sərəncamla Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

 

Prezidentin digər sərəncamı ilə Elnur Şahbaz oğlu Rzayev Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

 

Qeyd edək ki, Şəmsəddin Xanbabayev 1939-cu ildə Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olub. O, 2004-cü ildən Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmağa başlayıb.

 

Yeni təyin olunan icra başçısı Elnur Rzayev 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Bu təyinata qədər Gəncə Şəhər İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışıb.

 

Fotoları təqdim edirik
Tarix: 31 Oktyabr 2019, 18:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin