BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtomobil aşdı, ana və 5 uşaq xəsarət aldı

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Pravda.az-ın xəbərinəgörə, hadisə Bakı-Qazax yolunun 78-ci kilometrliyində qeydə alınıb. Hacıqabul rayonunun Atbulaq kəndi ərazisində “Toyota Rav-4” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb.

 

Yaralılar - Bakı sakinləri, 2006-cı il təvəllüdlü Yolçiyeva Gülər İlham qızı, 2003-cü il təvəllüdlü Yolçiyeva Sevgi İlham qızı, 2007-ci il təvəllüdlü Qarayeva Ayşən Həbib qızı, 2016-cı il təvəllüdlü Qarayev Fərid Həbib oğlu və 2004-cü il təvəllüdlü Qarayeva Nərmin Həbib qızı Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.APA

 

Tarix: 21 Dekabr 2019, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin