BURADA REKLAMINIZ OLA
BİLƏR

Operativ Qərargah məlumat yaydı

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 144 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

 

İndiyədək ölkədə ümumilikdə 40 453 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 38 217 nəfər müalicə olunaraq sağalıb, 594 nəfər vəfat edib, aktiv xəstə sayı 1 642 nəfərdir.

 

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 248, ötən müddət ərzində isə ümumilikdə 1 126 538 test aparılıb.

Tarix: 2 Oktyabr 2020, 15:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin