BURADA REKLAMINIZ OLA
BİLƏR

“Qarabağ Makronun nə dədəsinin, nə də özündən 35 yaş böyük arvadının torpağıdır”

Xəbər verdiyimiz kimi Fransa prezidenti Emmanüel Makronun son zamanlar ermənipərəst çıxışları ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bu dəfə isə Makronun ordumuz tərəfindən işğaldan azad edilən torpaqların yenidən Ermənistana qaytaracaqlarını deməsi Xalq şairi Vahid Əzizi əsəbiləşdirib.

 

Xalq şairi Makrona tutarlı cavab verib və onun Minsk qrupunun üzvlüyündən çıxarılmasının vacibliyini vurğulayıb:

 

“Əvvəla Qarabağ torpağı Makronun nə dədəsinin, nə də özündən otuz beş yaş böyük olan arvadının torpağıdır. Qarabağ Azərbaycan torpağıdır. Makron əgər erməniləri belə çox istəyirsə, öz ölkəsində ikinci Ermənistan dövləti yaratsın. Fransada dörd yüz min erməni var, Makron əgər onlara belə ürək yandırırsa, dediklərimi etsin. Bununla yanaşı, Makron açıq şəkildə deyirsə ki, Azərbaycanın işğaldan azad etdiyi torpaqları ermənilərə qaytaracağıq, bu o deməkdir ki, onun iç üzü aydındır. Deməli bu ATƏT-in Minsk qrupunun üzvü ola-ola onun ölkəsi bu məqsədlə danışıqlar prosesini uzadırmış. Düşünürəm ki, Azərbaycan dövlətinin  başçısı Makronun Minsk qrupunun üzvlüyündən çıxarılmasını tələb etməlidir”.Moderator

Tarix: 2 Oktyabr 2020, 21:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin