BURADA REKLAMINIZ OLA
BİLƏR

Vasif Talıbov sərəncam imzaladı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2020-ci ilin dövlət büdcəsinin tətbiq edilməsi haqqında Fərman imzalayıb.

 

Pravda.az-ın xəbərinə görə, Fərmanda bildirilir ki, dekabrın 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin beşinci çağırış onbirinci sessiyası keçirilib. Həmin sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi də təsdiq olunub.

 

Naxçıvan Muxtar Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 113 milyon 200 min manat, xərcləri 482 milyon 90 min manat, gəlir və xərcləri tənzimləmək üçün ayrılan dotasiya 368 milyon 890 min manat məbləğində təsdiq edilib.

Tarix: 21 Dekabr 2019, 18:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin