BURADA REKLAMINIZ OLA
BİLƏR

Həbsxanaya heroin keçirilməsinin qarşısı alındı

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

 

Pravda.az-ın xəbərinə görə, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.4-cü maddələrinə əsasən 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum İbadov Ruslan Səmid oğlu ilə qısamüddətli görüşə gəlmiş xalası oğlu Şabran rayon sakini Məmmədov İlkin Hürmət oğlunun üzərinə baxış keçirilən zaman şalvarının cibində gizlətdiyi 1 ədəd bükülüdə 0,091 qram narkotik maddə - heroin aşkar edilib.

 

Faktla bağlı araşdırma aparılır.

Tarix: 21 Dekabr 2019, 19:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin