BURADA REKLAMINIZ OLA
BİLƏR

Müdafiə Nazirliyindən daha bir AÇIQLAMA

Ordumuzun qazandığı uğurların, döyüşçülərimizin rəşadətinin geniş ictimaiyyət arasında təbliği, Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə igidlik göstərən hərbi qulluqçularıın xalqa tanıdılması sistematik təşkil edilir və yerinə yetirilir.

 

Bu barədə Pravda.az-a Müdafiə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, bu günlərdə Müdafiə Nazirliyinin Hərbi Nəşriyyatının, Azərbaycan Ordusunun Sənədli və Tədris Filmləri Mərkəzinin, “Azərbaycan Ordusu” qəzeti redaksiyasının əməkdaşları döyüş bölgəsinə ezam edilib. Cəbhəboyu zonada quraşdırılan səyyar mətbəələrdə “Sən qalib gələcəksən!”, “Qalibiyyət döyüşü” və “Böyük Qələbə uğrunda” təşviqat vərəqələri, “Azərbaycan Ordusu” qəzetinin xüsusi buraxılışları, bukletlər hazırlanır cəbhədə olan şəxsi heyət və cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrinin sakinləri arasında yayılır.

 

Tarix: 3 Oktyabr 2020, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin