BURADA REKLAMINIZ OLA
BİLƏR

Rüşvət alan nazirlik işçisi tutuldu

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin antikorrupsiya agentliyinin əməkdaşları Kvemo Kartli bölgəsində Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsi şöbəsinin mütəxəssisini tutub.

 

Pravda.az xəbər verir ki,bu barədə Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.

 

Nazirlik işçisi Azərbaycan vətəndaşından min lari (339 dollar) rüşvət alarkən saxlanılıb. O, rüşvət qarşılığında təsərrüfatçının elektron aparatla qanunsuz balıq ovu etməsinə göz yumub.

 

“Rüşvət alma” maddəsi üzrə cinayət işi açılıb, 6 ildən 9 ilədək azadlıqdan məhrumetmə cəzası gözlənilir.

 

 

Tarix: 21 Dekabr 2019, 19:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin