BURADA REKLAMINIZ OLA
BİLƏR

Nəcməddin Sadıkovla bağlı AÇIQLAMA

Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov iş başındadır.

 

"Report" xəbər verir ki, o, döyüş tapşırıqlarının uğurlu icrasının planlaşdırılması və təşkil edilməsində iştirak edir.

 

Qeyd edək ki, son günlər ermənipərəst saytlarda Azərbaycan Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqovun döyüş əməliyyatlarının planlaşdırılması və idarəolunmasından uzaqlaşdırılması, hətta həbs olunması barədə məlumatlar yayılıb. Amma fotodan məlum olur ki, N.Sadıqov Müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Ordunun digər rəhbər şəxsləri ilə birlikdə döyüş tapşırıqlarının uğurlu icrasını planlaşdırır və təşkil edir.Report

Tarix: 4 Oktyabr 2020, 11:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin