BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı vətəndaşlarla təcili görüşə getdi - Problemlərin həlli ilə bağlı tapşırıq verdi

Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının rayonun Navahı qəsəbəsində növbəti səyyar qəbul-görüşü keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, tədbirdə rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, qəsəbə sakinləri iştirak edib.

 

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək son illərdə rayonun sosial-iqtisadi inkişafından, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlər barədə qəsəbə sakinlərinə məlumat verib.

 

Görüş zamanı qəsəbə sakinlərinin müxtəlif məsələlər barədə müraciətləri qeydə alınıb və icrası ilə əlaqədar yerində aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

 

Xatırlatma: Prezident İlham Əliyevin dekabrın 4-də imzaladığı sərəncamla Rüstəm Gülabba oğlu Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. R.Xəlilov 2005-ci ildən Sabirabad rayonunun deputatıdır.

Fotoları təqdim edirik
Tarix: 21 Dekabr 2019, 22:34   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin