BURADA REKLAMINIZ OLA
BİLƏR

Əli İnsanov parlament seçkilərinə qatılmayacaq

Sabiq Səhiyyə naziri Əli İnsanovun rəhbəri olduğu Haqq Ədalət Partiyasının (HƏP) Təşkilat Komitəsinin növbəti iclası keçirilib.

 

Pravda.az-ın xəbərinə görə, iclasda 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak məsələsini müzakirə ediblər.

 

Müzakirələrin yekununda qərara alınıb ki, HƏP seçkilərdə iştirakı məqbul saymır.

 

Bununla belə, Haqq Ədələt Partiyası seçkilərdə iştirak etmək qərarını qəbul etmiş müxalif siyasi partiyaların konstitusion hüquqlarına və qərarlarına hörmətlə yanaşır, onlara siyası mübarizələrində uğurlar arzulayır.

Tarix: 21 Dekabr 2019, 23:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin