BURADA REKLAMINIZ OLA
BİLƏR

Tolik: "Sursat daşımağa, kartof soymağa hazıram”

Tanınmış prodüser, teleaparıcı Tarix Əliyev (Tolik) cəbhə xəttində baş verən hadisələrə münasibət bildirib.

Tolik əsgərlərimizə təşəkkür edib:

“Bilirsiniz, mən indi başımdan yekə danışmaq istəmirəm, amma 41 yaşım var düşünürəm ki, bu gün ağlı başında olan hər bir Azərbaycan vətəndaşının ürəyi səngərdəki əsgərlərlə döyünür. Ürəyimiz təkcə ön cəbhədə vuruşanların deyil, həm də arxa cəbhədə onlar üçün silah-sursat daşıyan, tibb məntəqəsində işləyən, onlar üçün yemək hazırlayn, geyimini yuyan hər bir kəsin yanındadır. Mən bir vətəndaş  kimi fikirləşirəm ki, biz bu gün yalnız onlar üçün nə isə etməliyik. Onlar yüzlərlə, minlərlə deyil, on minlərlə Azərbaycan əsgəridir. Hansıların ki, evdə anaları, bacıları, həyat yoldaşları, övladları oturub onlar üçün gecə-gündüz dua edirlər. Biz də  təkcə əsgərlər üçün deyil, həm də onlar üçün dua etməliyik. Ali Baş Komandanımızın iradəli çıxışlarından sonra onlar ermənilərin canlarını almağa belə ürəklə gedirlər. Müdafiə Nazirliyinin  yaydığı bütün görüntülərdə sırf hərbi geyimlilərin ölümünə sevinirik. Çünki biz onlar kimi qorxaq deyilik, dinc sakinləri öldürmürük. Amma biz gəlin, Zəhramızı da yada salaq. Balaca Zəhramıza iki il öncə qıydılar. Yəni erməni bu cür amansız düşməndir”.

Prodüsser özü də hər an cəbhəyə getməyə hazır olduğunu qeyd edib:

“Bu gün onların ölən hər bir əsgəri bizim üçün bayram ovaqatı yaradır. Onların Xocalıda vətəndaşlarımızın başına gətirdikləri oyunlar hələ də yadımızdan çıxmayıb. Ona görə də mən Azərbaycan vətəndaşı, prodüser kimi maaşımın bir hissəsini Silahlı Qüvvələr Fonduna keçirdim. Bir çox müğənniləri də buna dəvət etdim, amma səs çıxmadı. Cəmi bir müğənni on min manat keçirdi, bu günlərdə onun da adı açıqlanacaq.  Baxmayaraq ki, 86-cı ildən aşağı adamları cəbhəyə aparmırlar, amma bu gün məni də çağırsalar gedərəm. Demirəm gedib ön cəbhədə silah ata bilərəm, çünki onun üçün müəyyən təlimlər keçmək lazımdır, amma arxa cəbhədə əsgərlərə sursat daşımağa, kartof soymağa, paltarlarını daşımağa hazıram”.Yenisabah

Tarix: 5 Oktyabr 2020, 11:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin