BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycana qış fəsli daxil olur

Bu gün Azərbaycana qış fəsli daxil olacaq.

 

Pravda.az-ın xəbərinə görə, qış fəsli ölkəyə bu gün Bakı vaxtı ilə saat 08:19-da qədəm qoyacaq.

 

Həmin gün Şimal yarımkürəsində ən uzun gecə, ən qısa gündüz, Cənub yarımkürəsində isə ən qısa gecə, ən uzun gündüz qeydə alınacaq.

 

Xatırladaq ki, qış fəslinin gəlişi zamanı Günəş üfüqdən ən minimum nöqtədə olur. Günəş şüalarının istiqaməti ilə yerin fırlanma oxu ən böyük bucaq əmələ gətirir. Bu səbəbdən də bu fəsildə soyuq hava şəraiti müşahidə olunur.

 

Bu gecə həm də Çillə gecəsidir. Sabahdan etibarən Böyük çillə başlayır və 40 gün davam edəcək. Azərbaycanın bəzi bölgələrində Çillə gecəsinin ritualları unudulsa da, bəzi bölgələrdə hələ də insanlar toplanıb Çillə mərasimləri keçirirlər.

Tarix: 22 Dekabr 2019, 00:20   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin