BURADA REKLAMINIZ OLA
BİLƏR

Faiq Ağayevdən əsgərlərə məktub: “Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur”

Azərbaycanın xalq artisti Faiq Ağayev Azərbaycan Ordusuna dəstəyini nümayiş etdirib.

 

Pravda.az xəbər verir ki, ifaçı Ordumuza hədiyyə və məktib göndərib.

 

Faiq Ağayev məktubda əsgərlərimizə arzularını dilə gətirib.

 

Məktubda qeyd olunub: Əziz, sevimli, igid qardaşlarım! Bu günlərdə dünyanın 4 bir yanında yaşayan bütün Azərbaycanlıların duaları sizinlədir! Mənim müzəffər, mərd, qüdrətli qaliblərim, bütün varlığımla yanınızdayam! Bilin - Vətənimiz Azərbaycan sizin kimi qəhrəmanlar ilə fəxr edir, qürur duyur! Möhkəm dayanın, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə misli görünməmiş zəfərlər qazanın!

 

Sizi böyük həsrət ilə gözləyən əzizlərinizə sağ-salamat qovuşun! Allah Azərbaycan Ordusunun yar və yardımçısı olsun! İnşaAllah, Şuşada görüşərik və mən orada əlimdə müqəddəs bayrağımız, ətrafımda siz - igidlər, ayaqyalın konsert verəcəyəm!

Fotoları təqdim edirik
Tarix: 5 Oktyabr 2020, 20:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin