BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənistan heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tutur” - Ceyhun Bayramov

“Azərbaycan hökuməti beynəlxalq hüquqa, BMT-nin nizamnaməsinə uyğun olaraq müvafiq addımlar atır və öz vətəndaşlarını qorumaq üçün əks-hücumlar həyata keçirir”.

 

Pravda.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 6-da Bakıda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdə deyib.

 

“Münaqişə ilə bağlı yaranmış vəziyyətin kökündə onun indiyədək həll olunmaması durur”, - nazir vurğulayıb.

 

C.Bayramov bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindəki mövcudluğu bölgə üçün təhdiddir: “Bu, son günlərdə özünü daha açıq formada göstərdi. Onlar heç bir hərbi əhəmiyyəti olmayan obyektləri ağır artilleriya atəşinə tuturlar. Bu yeni taktika deyil. Ermənistan bu taktikanı 90-cı illərin əvvəlində də tətbiq edib”.

Tarix: 6 Oktyabr 2020, 14:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin