BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçıları arasında görüş keçiriləcək

Sabah Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər nazirləri arasında üçtərəfli formatda sayca səkkizinci görüş keçiriləcək.



Pravda.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.



Görüşdə müxtəlif sahələrlə bağlı cari məsələlər müzakirə ediləcək. Əsas diqqətin isə üç ölkə arasında nəqliyyat və energetika sahələrində əməkdaşlıq əlaqələrinə ayrılacağı qeyd olunub. Üçtərəfli görüş  çərçivəsində Xarici İşlər nazirlərinin ortaq bəyanatı  imzalanacaq.



Azərbaycan və Türkiyənin Xarici İşlər nazirlərinin səfəri çərçivəsində Gürcüstanın icra və qanunverici orqanlarının nümayəndələri ilə görüşləri planlaşdırılır.



Qeyd edək ki, XİN başçılarının cari ilin oktyabr ayının 16-da keçirilməsi planlaşdırılan üçtərəfli görüşü Türkiyənin Suriyanın şimalında “Barış bulağı” əməliyyatına başlaması ilə əlaqədar olaraq Ankaranın  müraciəti əsasında təxirə salınmışdı.



XİN başçıları arasında bundan əvvəlki, sayca 7-ci üçtərəfli görüş isə 2018-ci ilin 29 oktyabrında İstanbulda keçirilib.

Tarix: 22 Dekabr 2019, 11:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin