BURADA REKLAMINIZ OLA
BİLƏR

"Putin səbrli adamdır ki, bunların həyasızlığına dözür" - Deputat

"Erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan video müraciət yayıb və Rusiya prezidentindən xahiş edib ki, Rusiya da müharibəyə qoşulsun, əks halda Azərbaycan qələbə çalacaq və Rusiya da dağılacaq. Həqiqətən başı xarabdır bunların".


Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Razi Nurullayev deyib.


"Ruben girsin "YouTube"da müraciətinə yazılan şərhləri oxusun və utansın. Ruslar, digər millətlər yazır ki, sən deyirsən ki, ruslar gedib vuruşsun və ölsün, özün niyə gedib ölmürsən, uşaqların niyə gedib ölmür? Biz niyə gedib ermənilərin Azərbaycan torpaqlarında ikinci erməni dövləti yaratmaq qədər həyasız bir əməli üçün ölək? Bunlar qədər həyasız insan görmədim. Vallah, cənab Putin səbrli adamdır ki, bunların həyasızlığına dözür, amma gərək dözməsin" - R.Nurullayev qeyd edib.

Tarix: 6 Oktyabr 2020, 22:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin