BURADA REKLAMINIZ OLA
BİLƏR

İcra başçısı villaları ilə bağlı yayılan xəbərə münasibət bildirdi – “Kirayədə qalıram”

Xaricdə yaşayan bloqer Həbib Müntəzir İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin sərvətinin siyahısını yayıb.

 

Pravda.az-ın xəbərinə görə, o bildirib ki, icra başçısının Bakıda, Qazaxıstanda, Gəncədə və Dubayda milyonluq biznesi var:

 

"15 ildən çoxdur, icra başçısı 62 yaşlı Vilyam Hacıyev, 7 ildir İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Onun bəlli olan varidatını paylaşıram:

Bakıda, Həsən Əliyev küçəsində villa, Bakı, "Sahil" metrosu üzərindəki çoxmərtəbəli binada 5 otaqlı mənzil, Bakı, Nərimanov rayonu, S. Rəhman küç. ev 45 ünvanında mənzil, Bakı, Teymur Əliyev küç. "Milyonerlər məhəlləsi"ndə qiyməti 25 milyon manat civarında olan villa, İmişli rayonunda, H. Əliyev küç. ev 126 ünvanında mənzil, Gəncə şəhəri, Yeni Gəncə küç. ev 53 ünvanında mənzil, Dubayda milyonluq biznesi, Qazaxıstanda tikinti biznesi, İmişli, Daşkəsən, Gəncə, Göygöl rayonu və Bakıda müxtəlif ticarət obyektləri, torpaq sahələri, şadlıq evləri, mülkləri mövcuddur. Oğlu Məhəmməd Hacıyev Nərimanov Rayon Prokurorluğunun əməkdaşı olub. Hüquqşünas oğul mətbuatda dəfələrlə qalmaqal yaradan, davakar kimi məşhurlaşıb. Məhəmməd Hacıyevin avtomobil kolleksiyası:

 

10-PP-369 dövlət nömrə nişanlı "Bentley", Eyni nömrə nişanlı "Land Rover", 90-AA-369 dövlət nömrə nişanlı "Mercedes S class", Həmçinin son model "Mercedes Gelandewagen".

 

Vilyam müəllim Samuxda icra başıçısı olarkən el arasında "Moşu kişinin çayxanası" kimi tanınan obyekti bir az təmir etdirib İlham Əliyevə "Şahmat Evi" kimi təqdim edərək lentini kəsdirib. Sonra yenidən çayxana kimi fəaliyyət göstərib. İcra başçısı getdiyi rayonlarda olan kiçik-böyük sahibkarlara qan uddurur".

 

İmişli Rayon İcra Hakimiyyətindən Vilyam Hacıyev barəsində yayılan məlumatın həqiqətə uyğun olmadığı bildirilib: "Vilyam Hacıyevin mülk və digər adları çəkilən ölkələrdə heç bir biznesi və əmlakı yoxdur. Hətta o, İmişlidə şəkər zavodunda ailələr üçün tikilmiş yataqxanada, ailəsi ilə birlikdə aylıq 124 manat kirayə haqqı ödəməklə yaşayır. Həbib Müntəzirdən bu sadaladıqlarını faktlarla göstərməsini tələb edirik, əks halda onun haqqında hüquq-mühafizə orqanlarına və məhkəməyə kəskin şikayətimizi bildirəcəyik".

Fotoları təqdim edirik
Tarix: 22 Dekabr 2019, 11:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin