BURADA REKLAMINIZ OLA
BİLƏR

Cəlal İsayev işdən çıxarıldı

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev vəzifəsindən azad olunub.

 

Nazirlikdən Pravda.az-a verilən məlumata görə, bununla bağlı Səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.

 

C.İsayev öz ərizəsi əsasında vəzifədən azad edilib.

 

Digər əmrlə Təyyar Eyvazov Səhiyyə Nazirliyinin baş infeksionisti təyin olunub.

 

O, Azərbaycan Dövlət Həkimlərin Təkmilləşdirmə İnstitutunun yoluxucu xəstəliklər kafedrasının müdiri vəzifəsində çalışır.

Tarix: 7 Oktyabr 2020, 16:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin