BURADA REKLAMINIZ OLA
BİLƏR

İlham Əliyev Küveyt Əmirini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabaha məktub ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

“Küveyt Dövlətinin Əmiri kimi taxta çıxmağınız münasibətilə Sizə ən səmimi təbriklərimi yetirirəm.

 

İnanıram ki, Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq inkişafı və genişlənməsi yolunda birgə səylər göstərəcəyik.

 

Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Küveyt xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

Tarix: 7 Oktyabr 2020, 16:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin