BURADA REKLAMINIZ OLA
BİLƏR

Deputat: "Ermənistanın işğalçı ordusunu iti qovan kimi qova biliriksə…"

""İti qovan kimi..." söhbətinin bu dərəcədə məşhur olmasını və müsbət qarşılanmasını nəzərə alaraq, bir tarixi bənzətməni diqqətinizə çatdırmaq istəyirəm. 1925-ci ildə Bolqarıstanla Yunanıstan arasında bir savaş oldu, tarixdə o, "Sahibsiz İt Savaşı" adıyla yadda qaldı. Həmin savaşın səbəbi, gedişatı və sonu bizim savaşa oxşamasa da, adı, nominalistik baxımdan, uyğun gəldi. Ermənistanın işğalçı ordusunu iti qovan kimi qova biliriksə, bu, öz ordumuzun güclü olmasıyla yanaşı, düşmənimizin sahibsiz qalmasıyla bağlıdır".

Pravda.az-ın xəbərinə görə, bunu deputat Erkin Qədirli deyib.


"Bütün bu illər ərzində bizə lazım olan da bu idi - düşmənlə təkbətək qalmaq. Ordumuza eşq olsun" - E.Qədirli qeyd edib.

Tarix: 7 Oktyabr 2020, 23:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin