BURADA REKLAMINIZ OLA
BİLƏR

“Ermənilər Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir, yalvarırlar” – Prezident

“Bilirsiniz, biz müharibənin başlanmasına görə məsul deyilik. Dediyim kimi, biz Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Ermənistan ordusunun fiziki hücumuna məruz qalmışdıq. Bundan əlavə, Ermənistandakı indiki rejim danışıqlar prosesini məhv etmək üçün hər bir şeyi etmişdir. Düz bir il bundan əvvəl Ermənistanın baş naziri Azərbaycanın işğal olunmuş ərazisində keçirilən aksiyada “Qarabağ Ermənistandır” bəyan etmişdir. Bu bəyanat faktiki olaraq danışıqlar prosesini məhv etdi. Çünki danışıqlar masasında olan və münaqişənin həlli üçün əsas təşkil edən prinsiplər işğal altındakı ərazilərin Azərbaycana qaytarılmasını tələb edir”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev  “Euronews” televiziyasına müsahibədə “Ermənistan deyə bilər ki, bu döyüşdə onlar tərəfdən mülki şəxslər qətlə yetirilib və onlar bu zorakılığın niyə yenidən sentyabrın 27-də alovlandığını mübahisə edərlər. İcazə verin, Xarici İşlər nazirinizin ötən il verdiyi vədi qeyd edim. Deyilmişdi ki, xalqları sülhə hazırlamaq üçün konkret tədbirlərin görülməsi vacibdir. Bizim hazırda gördüklərimiz bunun əksidir. Siz mülki şəxslərin əzablarını necə məhdudlaşdırmağa çalışırsınız?” sualını cavablandırarkən deyib.

 

“Ermənistanın baş naziri Azərbaycana bir santimetr torpağın belə qaytarılmayacağını, “Qarabağ Ermənistandır” deyəndə, onlar Cenevrə Konvensiyasının kobud pozuntusu sayılan əcnəbi şəxslərin işğal olunmuş ərazilərdə məskunlaşmasını təşkil edəndə danışıqlar prosesini məhv edirlər. Bundan sonra bizi buna görə günahlandırmaq üçün onlar bizə üç dəfə - iyul, avqust və sentyabr aylarında hücum edirlər. Biz onları döyüş meydanında məğlub etdikdə onlar Azərbaycanı dayandırmaq üçün hər kəsə zəng edir və hər kəsə yalvarırlar. Biz dayanmaq istəyirik, lakin biz işğalın dayanmasını istəyirik. Buna görə Ermənistanın ünvanına əsas mesaj ondan ibarət olmalıdır ki, biz Ermənistanın torpağında deyilik, biz öz torpağımızdayıq. Bizim torpağımız 27 il ərzində...” – İlham Əliyev qeyd edib.

Tarix: 7 Oktyabr 2020, 23:25   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin