BURADA REKLAMINIZ OLA
BİLƏR

Seçki məntəqəsində yanğın olub FOTOLAR

Gəncə şəhərində tam orta məktəbdə yanğın olub.

 

Pravda.az-ın məlumatına görə, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb.

 

Yanğın Əhməd Cavad adına 2 saylı məktəbin zalında başlayıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb edilib. Yanğın söndürülüb və məktəbin otaqlarına keçməsinin qarşısı alınıb.

 

Yanğının elektrik naqillərində qısaqapanmadan baş verdiyi bildirilir. Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Faktla bağlı araşdırma aparılır.APA

 

Qeyd: Sözügedən məktəbdə 37 saylı Nizami birinci seçki dairəsinin 13, 14 və 15 saylı məntəqələri yerləşir.

Fotoları təqdim edirik
Tarix: 22 Dekabr 2019, 14:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin