BURADA REKLAMINIZ OLA
BİLƏR

Düşmənin “Qrad” yaylım atəşli reaktiv sistemi məhv edildi - VİDEO

"Azərbaycanın Bərdə və Tərtər şəhərlərinə və mülki insanlara hücum edən Ermənistan ordusunun “Qrad” yaylım atəşli reaktiv sistemi dəqiq idarəolunan raketlə məhv edilib”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ”Twitter”dəki hesabındakı paylaşımında bildirib.

 

“Bir çox günahsız mülki şəxsin həyatı xilas edilib və mülki infrastruktura dəyə biləcək potensial zərərin qarşısı alınıb”, - deyə Prezidentin köməkçisi qeyd edib.

 

Tarix: 8 Oktyabr 2020, 14:06   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin