BURADA REKLAMINIZ OLA
BİLƏR

Ramiz Mehdiyevin həyat yoldaşına vəzifə verildi

Azərbaycan Respublikasının Prezidenti Yanında Ali Attestasiya Kommisiyasının əmri ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu nəzdində "Kompüter elmləri" və "Ehtimal nəzəriyyəsi" ixtisasları üzrə riyaziyyat elmləri sahəsində fəlsəfə doktoru və elmlər doktoru dissertasiyalarının müdafiəsinin təşkili üçün Dissertasiya şurası fəaliyətə başlayıb.

 

Pravda.az xəbər verir ki, AMEA İdarəetmə Sistemləri İnstitutu nəzdində təşkil olunan "Kompüter elmləri" ixtisası üzrə Dissertasiya şurasının sədri professor Qalina Mehdiyeva təyin olunub.

 

Qeyd edək ki, AMEA prezidenti Ramiz Mehdiyevin 75 yaşlı  həyat yoldaşı - fizika-riyaziyyat elmləri doktoru, professor Qalina Mehdiyeva hazırda Bakı Dövlət Universitetinin Mexaniki-riyaziyyat fakultəsində Hesablama riyaziyyatı kafedrasının müdiri vəzifəsində çalışır.

Tarix: 22 Dekabr 2019, 15:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin