BURADA REKLAMINIZ OLA
BİLƏR

Putin Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırdı

Rusiya Federasiyasının prezidenti Vladimir Putin Azərbaycan və Ermənistana müraciət edərək, tərəfləri Dağlıq Qarabağda hərbi əməliyyatları dayandırmağa çağırıb.

Pravda.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Rusiya prezidenti müraciətində qeyd edib ki, atəş əsirlərin və hərbi əməliyyatlarda həlak olanların meyitlərinin dəyişdirilməsi məqsədilə dayandırılmalıdır.

Vladimir Putin Azərbaycan və Ermənistanın Xarici işlər nazirlərini danışıqlar aparmaq üçün bu gün Moskvaya dəvət edib.Report

Tarix: 9 Oktyabr 2020, 02:50   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin