BURADA REKLAMINIZ OLA
BİLƏR

Atəşkəs olacaqmı? - AÇIQLAMA

"Çoxlu sayda suallar alıram ki, atəşkəs olacaqmı, Rusiya müharibəyə qarışacaqmı və s. Bu gün kimlərin nə etməsi bizim üçün maraqlı olsa da qərarımıza, əhval-ruhiyyəmizə heç bir təsir etməməlidir. Uzun illər biz bütün çarələri xaricdə axtardıq və heç nəyə nail ola bilmədik. Dəfələrlə dediklərimi bir daha təkrar edirəm ki, bizim problemlərimizi ancaq özümüz həll edə bilərik, edirik və edəcəyik".

Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, bu gün Rusiyanın bu problemə hərbi müdaxiləsi özünəqəsdə bərabərdir, çünki bu müdaxilə faktiki olaraq Türkiyəyə müharibə elan etməkdir: "Rusiya üçün həyatı əhəmiyyət daşıyan qonşu Belarusiya qaynayır, hələ nələrin olacağı bəlli deyil. Qırğızıstanda çevriliş gedir. Ukrayna Donbası, Krımı almaq üçün fürsət gözləyir. Eyni vəziyyətdə Gürcüstan və Moldovadır. Əminəm ki, Rusiyanın başı ciddi qarışan kimi bu gün ağızlarına su alıb susan Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan da problemlərini qabardacaqlar, çünki onların demədikləri çoxlu sayda çətinlikləri məhz Rusiya ilə bağlıdır. Baltikyanı ölkələr də məqam gözləyirlər. Yaponiya illərdir Kuril adalarını sülh yolu ilə qaytarmaq istəyir. Beləcə dünyada onlarla dövlət var. Mən hələ Rusiyanın çox ağır iqtisadi və siyasi daxili vəziyyətini, koronavirusla bağlı vəziyyəti demirəm. Əminəm ki, Rusiya müdaxilə edən kimi onun onurğa sütunu olan Tatarıstan və Başqırstan müstəqillik tələb edəcəklər, Şimali Qafqaz od çanağına dönəcək və s. və i. Ən əsası odur ki, bu gün Xalqımızın, Ordumuzun ruh yüksəkliyi və Ali Baş Komandanın qətiyyətli davranışı bizə qələbəni əldən qaçırmaq şansı qoymur. Özümüzə güvənək və yola davam! Qələbə Bizimlədir!"

Tarix: 9 Oktyabr 2020, 13:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin