BURADA REKLAMINIZ OLA
BİLƏR

Partiya sədrinin müşavirindən ÇAĞIRIŞ

"Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz bütün işğal altında olan tarixi ərazilərimizi qəsbkar erməni vandallarından azad edəcək, müqəddəs və yenilməz Azərbaycan bayrağını bu torpaqlarda dalğalandıracaq".

Pravda.az-ın xəbərinə görə, bunu Ana Vətən Partiyası sədrinin müşaviri Günay Ağamalı bildirib.

G.Ağamalı qeyd edib: "Əlbətdə, hər bir Azərbaycanlı bu xəbərləri səbrsizliklə gözləyir, 30 illik həsrətə qovuşmaq, bu sevinci paylaşmaq istəyir. O tarixi ana çox az qalıb. Unutmamalıyıq ki, biz bu gün həm də informasiya müharibəsi aparırıq. Paylaşılan hər hansı qeyri - rəsmi və dəqiq olmayan paylaşım bizim əksimizə işləyir. Düşmən bundan məharətlə istifadə edir. Bunun üçün rəsmi açıqlamaları paylaşmalıyıq. Dövlətimizin, Ordumuzun, Xalqımızın naminə biz bunu etməliyik! Biz Birlikdə Güclüyük! Birliyimiz əbədidir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

Tarix: 9 Oktyabr 2020, 14:15   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin