BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN dərəyə sürüşən sürücünün meyitini çıxardı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Qusar rayonunun Gican kəndində, dağlıq ərazidə traktorun aşması nəticəsində dərəyə düşən sürücünün meyitinin götürülməsinə köməklik göstərilməsi üçün müraciət daxil olub.

 

Pravda.az-ın xəbərinə görə, hadisə yerinə cəlb olunan Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri 1967-ci il təvəllüdlü Əhmədxanov Zaliddin Sabrullah oğlunun meyitini çətin keçilən ərazidən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Tarix: 22 Dekabr 2019, 17:47   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin