BURADA REKLAMINIZ OLA
BİLƏR

“Azərbaycan 1991-ci ildə qazandğı azadlığa yalnız indi tamlıqla qovuşur” – Zahid Oruc

Ermənistan ordusunun məğlubiyyəti Paşinyan hakimiyyətini siyasi kapitulyasiya qarşısında qoyur. Ali Baş Komandanın çıxışı döyüş meydanında qəhrəmanlıq göstərən müzəffər əskər və zabitlərimizin vurduqları dəqiq zərbələri qədər təsirli idi.Birinci Qarabağ müharibəsindən sonra yaranmış beton bəndlərin darmadağın edilməsi və “təmas xətti” anlayışının birdəfəlik ortadan qalxması, xarici təsirlər və təzyiqlərə qarşı dövlət rəhbərinin qətiyyətlə və məğrurluqla dayanması, Parisdən Afinaya qədər geniş bir məkanda işğalın qorunmasında tərəfə çevirən dövlətlərin ifşası, eləcə də Prezidentin Ordu və Xalq, həmçinin, bütün dünya azərbaycanlıları və türk dünyasında ən yüksək zirvələrə qalxan nüfuzu və ona olan rəğbət imkan verəcək ki, uğurlu əks-həmlə əməliyyatları ilə bərabər diplomatik masada da şərtləri ölkəmizin başçısı diqtə edəcək.

 

Hətta, müxtəlif lokal ərazilərdə döyüş ərazilərinə sızmadan və hərbi birləşmələrimizin mövqelərinə nüfuz etmədən hansısa lokal nöqtələrdə humanitar missiyalara yer verilməsi ağır sədləri qanı-canı ilə qırmış, eləcə də çətin relyefdə irəli getməyi bacarmış Şanlı Ordumuzun nailiyyətlərini bənd-bənd sənədlər üzərinə daşımağa imkan verəcək və diplomatik müharibəni də ölkənin Birinci Şəxsi qazanacaq.

 

Digər tərəfdən, İrəvana gedən tabutlar və dünya erməniçiliyinin 200  illik savaşı uduzan rəhbərlərinə qəzəbi, artıq Paşinyanın öz komandasında xəyanətkar axtarışı, satqın xofu, general Yeranosyanı həbs etdirməsi, Qarabağda mülki əhalinin 70 mindən artıq hissəsinin oranı tərk etməsi, ordu birləşmələrinin  koordinasiyanı itirməsi fonunda vahid və nizami ordu halından parəkəndə, xaotik faəliyyət göstərən başıpozuq dəstələrə çevrilməsi sübut edir ki, Ermənitanın silahlı müqavimət gücü tükənməkdədir.Onu danışıqlar yolu ilə də xilas etmək mümkün deyil.

 

İlham Əliyev müharibə dövrünün ən parlaq liderlərindən biri kimi artıq nəinki millətimizin, eləcə də dünyanın böyük sərkərdələri sırasında özünün şərəfli yerini tutmaqdadır. Onun “Moskva danışıqları” gedən zaman Dağlıq Qarabağın inzibati ərazisinə aid olan Hadrut qəsəbəsi və Cəbrayılın starteji hərbi məntəqələri, kəndlərinin azad edilməsinin elanı sübut edir ki, diplomatik və silahlı müharibəni sinxron aparmağı bacaran bir Rəhbər var.

 

Azərbaycan torpaqlarında bir daha ikinci təmas xətti çəkilməyəcək. Dünyada Vətən kimi tanınan xəritəmizin vahid bir rəngdə və boyada, həqiqi miqyasda tanınması artıq reallığa çevriləcək!

 

Ermənistanın “sonuncu şansı” qətiyyən, orduya “dur” əmrinin verilməsi deyil, daha çox, humanitar dəhlizi Ordumuzun yaratması şərti ilə məğlub erməni birləşmələrinin doğma torpaqlarımızı tərk etməsidir.

 

Sülhə məcbur etmə, müharibə qılıncının daim Ermənistan dövlətinin başı üzərindən asılı olması deməkdir. Bu qədər rəzil edilən, qəbilə başçılarından yardıma çağırılan, istədiyimiz qədər torpaqları götürəcək deyən bir liderin qarşısında diz çökməyə məcbur qalan bir tərəfin gəlib çatdığı acı sonluqdur.”Moskvaya qaçış” belə bağlanacaq  “Şuşa müqaviləsi”nin qarşısını ala bilməz.

 

İlham Əliyevin tarixi çıxışı millətimizin min illik arzularının, böyük ideallarının və dualarının ifadəsidir. Ali Baş Komandanın Şuşada and içən cəlladlara cavabı sübut edir ki, Milləti bir yumruq kimi birləşdirən Liderin Andı bütün ərazilərimiz üzərində suveren haqlarımızın gerçəkləşməsi demək olacaqdır. Bu faktiki olaraq, həm də bütün sərhədlərimizi öz ordumuzun qoruyacağı bir müstəqillik deməkdir. Bəli, Azərbaycan 1991-ci ildə qazandğı azadlığa yalnız indi tamlıqla qovuşur.

 

Azadlığımızmübarək olsun!Tanrı Ali Baş Komandamızı, Millətimizi və Müzəffər ordumuzu qorusun!

 

Şəhidlərimizin əbədi məşələ çevrilən ruhu sevinir!Onların qanı Qarabağa qovuşur!Qələbimiz mübarək!

 

Zahid Oruc

 

Milli Məclisin deputatı

Tarix: 9 Oktyabr 2020, 20:58   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin