BURADA REKLAMINIZ OLA
BİLƏR

Anar Nəcəfli mühafizəçi ilə məktəbə gedən məmur nəvəsindən bəhs edən statusunu sildi

Tanınmış jurnalist, “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli məmur nəvəsinin mühafizəçisinin dərslərə mane olmasından bəhs edən statusunu silib.

 

Pravda.az xəbər verir ki, aparıcının bu addımı sosial şəbəkələrdə yeni nüzakirələrə səbəb olub. İddia olunur ki, A.Nəcəflinin sözügedən statusu silməsi nəvəsini cangüdənlə dərsə göndərən məmurun təzyiqi nəticəsində olub.

 

Qeyd: “Oğlumun sinifinə bir qız gəlib, vəzifəli şəxsin nəvəsidir, məktəbə mühafizə ilə gəlir. Həmin mühafizə bununla bərabər dərsdə də oturur. Hətta sinif yoldaşlarını bu mühafizə ilə qorxudur da. Bu o məktəbdir ki, valideynləri məktəbin kandarından içəri bir addım buraxmırlar. Bəs olmaz. Məktəbin direktorundan tutmuş müəllimlərinə qədər heç kəs cınqırığını da çıxarmır. Direktor aydın məsələdir ki, nəyinsə müqabilində buna göz yumur, müəllimləri isə işdən çıxarılmadan qorxurlar. Bu da məktəblərdə bizim uşaqlara verilən tərbiyyə”.

Tarix: 22 Dekabr 2019, 18:43   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin