BURADA REKLAMINIZ OLA
BİLƏR

MN: "Bu kimi məlumatlar dezinformasiyadır"

Müdafiə Nazirliyi son günlər bəzi xarici elektron media resurslarında İsrailə məxsus hərbi təyinatlı vasitələrin guya Azərbaycanda yerləşdirilməsi və bu ərazidən İrana qarşı zərbə endirilməsi barədə yayılan absurd xəbərlərə münasibət bildirib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Pravda.az-a verilən məlumata görə, bu kimi məlumatlar dezinformasiya və saxta xəbərdən başqa bir şey deyil: “Yayılan məsuliyyətsiz, təxribat xarakterli məlumat uğursuz şəkildə qonşularla olan münasibətlərimizə xələl yetirmək məqsədi güdür. Bir daha bildiririk ki, hər hansı xarici ölkəyə məxsus heç bir hərbi təyinatlı vasitə Azərbaycan ərazisində yerləşdirilməyib, bu barədə yayılan məlumatların heç bir əsası yoxdur və yalandır”.

Tarix: 22 Dekabr 2019, 18:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin